Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslər əks-göstəriş sertifikatı üçün onlayn müraciət edə biləcək

Bu şəxslər əks-göstəriş sertifikatı üçün onlayn müraciət edə biləcək

Tarix: 13 Dekabr 2021 17:24

COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin "Əks-göstəriş sertifikatı" da artıq "Elektron səhiyyə" mobil tətbiqinə inteqrasiya edilib.

Səhiyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, həmçinin, aşağıda qeyd olunmuş vətəndaşlar bu tətbiq vasitəsilə "Əks- göstəriş sertifikatı"nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

-Hamilə qadınlar

-Dağınıq skleroz

-Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.


Etiketlər:  şəxslər əks göstəriş sertifikatı üçün onlayn müraciət edə biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ