Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 07:46
Yoluxmalar kəskin artdığı üçün Argentinada kütləvi tədbirlərlə bağlı yeni məhdudiyyət tətbiq edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu tip tədbirlər yalnız tam vaksinasiya kursu keçmiş şəxslər üçün açıq olacaq. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Yanvarın 1-dən etibarən epidemioloji riski daha yüksək olan sahələrdə 13 yaşdan yuxarı hər kəsdən tam vaksinasiyaya dair sertifikat tələb olunacaq. Məhdudiyyətlər 1000-dən çox insanın iştirakı ilə keçirilən kütləvi tədbirlər, diskoteka və qrup halında turist səfərlərinə şamil edilir.