Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“CinemaPlus”da çoxdan gözlənilən Hörümçək adam - VİDEO

“CinemaPlus”da çoxdan gözlənilən Hörümçək adam - VİDEO

Tarix: 15 Dekabr 2021 12:50

"CinemaPlus" kinoteatrlar şəbəkəsində gözlənilən "Hörümçək adam: Geriyə yol yoxdur" filmi dekabrın 15-dən nümayiş olunacaq. Bu Tom Holland çəkildiyi Hörümçək adam trilogiyasının son hissəsidir. Film həmçinin superqəhrəman komikslərinin əvvəlki adaptasiyalarından olan aktyorları, eləcə də dünyanı xilas etmək üçün üç Piter Parker birlikdə geri qaytaracağı ilə diqqəti cəlb edib.

Premyeradan bir neçə gün əvvəl nümayişlərin ilk günlərinə demək olar ki, bilet qalmayıb. Film təkcə Marvel kainatının pərəstişkarları üçün deyil, minlərlə digər izləyici də cəlb edəcək.

Hörümçək Adam filmində ilk dəfə dost qəhrəmanımız ifşa edildi. İndi super qəhrəmanlıqlar onun adi həyatından ayrılmaz hala gəldi. Doktor Strencdən kömək istədikdə isə vəziyyət yalnız gərginləşir. Piter Parker Hörümçək Adam olmağın əslində nə olduğunu anlamağa başlayır.

Rejissor Con Uotts.

Baş rollarda Tom Holland, Benedikt Camberbetç, Benedikt Vonq, Ceykob Batalon, Zendaya, Toni Revolori, Marisa Tomey, Ceymi Foks, Alfred Molina və Villem Dafo.

Qeyd etmək istəyirik ki, "Hörümçək adam: Geriyə yol yoxdur" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


Etiketlər:  CinemaPlusda çoxdan gözlənilən Hörümçək adam VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ