Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özəl sektorda maaşlar nə qədər artacaq? - AÇIQLAMA - VİDEO

Özəl sektorda maaşlar nə qədər artacaq? - AÇIQLAMA - VİDEO

Tarix: 15 Dekabr 2021 13:36

Ölkə ərazisində pensiya və minimum əməkhaqlarında ciddi mənada artım olacağı gözlənilir. Ekspertlər hesab edirki, növbəti artım müşahidə olunan durğunluq və infilyasiyanı üstələyəbilər. Bəs bundan daha çox kimlər yararlanabiləcək? Artımın nə qədər olacağı gözlənilir. Əməkdaşımız Xələf Xələfov iqtisadçı ekspertlə bəzi suallara cavab tapmağa çalışıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, gələn ilin ilk ayından minimum əməkhaqqı, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur. Ancaq bu artımın nə qədər olacağı hələ ki, heç kimə məlum deyil. Bunula belə, vətəndaşların gözləntiləri böyükdür. Elə iqtisadçı ekspert Elşad Məmmədovun da proqnozları nikbindir.

Ekspert deyir ki, son 3 ildə dayanqılı şəkildə əməkhaqqı fondunun artımı prosesi reallaşdrılıb.  Bu dəfə ki artımın isə müşahidə olunan infilyasiya göstərcilərindən yüksək olacağı proqnozlaşdırılır.

Elşad Məmmədovun sözlərinə görə, minimum əməkhaqqının artırılması həm dövlət, həm də özəl sektora şamil ediləcək. Xüsusilə, özəl sahədə artımın davamlılığı da gözlənilir ki, bu da rəqabət mühiti formasında özünü göstərəcək.

İqtisadçı onu da əlavə edib ki, təkcə sosial ödənişlərin deyil, eyni zamanda iqtisadiyyata kapital qoyuluşlarının artımı ilə iqtisadi inkişafı təmin etmək mümkündür.

Milli.Az


Etiketlər:  Özəl sektorda maaşlar qədər artacaq AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ