Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünü qatarın altına atdı, ölmədi - Anbaan VİDEO

Özünü qatarın altına atdı, ölmədi - Anbaan VİDEO

Tarix: 16 Dekabr 2021 11:38

İstanbul şəhərinin Şişli rayonunda özünü metro qataranın altına atan qadın sağ qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə anbaan metronun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə platformada qatar gözləyən qadının qəfildən özünü relslərin üzərinə atması əks olunub.

Maraqlıdır ki, qadın bir neçə saniyə sonra heç nə olmamış kimi relslərin altından çıxıb və təhlükəsizlik işçisinin yardımı ilə metrostansiyanı tərk edib.

İlkin müayinə nəticəsində qadının psixoloji problemlərdən əziyyət çəkdiyi məlum olub.

Milli.Az


Etiketlər:  Özünü qatarın altına atdı ölmədi Anbaan VİDEO


RƏYLƏR