Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 11:12
"Bu mövsüm daha yaxşı oynayırıq. Biz həmişə bilirdik ki, burada qasırğa bizi gözləyir. Elə də oldu. "Portu"nun ikinci hissədə gücü tükəndi və biz oyuna nəzarəti əla alıb qol vurabildik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Portu"ya 4:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
"Biz artıq daha təcrübəli komandayıq. Ötən mövsüm "Mançester Siti" və "Roma" ilə matçlarda işimizi çətinləşdirmişdik. Bu dəfə isə hər şey yolundadır"- deyə o bildirib.
Alman mütəxəssis yarımfinalda qarşılaşacaqları "Barselona" haqda da danışıb: "Yoxlama oyunlarını nəzərə almasaq, "Barselona" ilə ilk dəfə qarşılaşacam. Bu görüşü səbirsizliklə gözləyirəm".
Klopp "Messini necə dayandıracaqsınız? sualına isə belə cavab verib: "Bu barədə hazırda düşünməyə məcbur deyiləm. İndiyə kimi kimsə onu dayandıra bilməyib. Bunun üçün çalışacağıq".