Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2021-ci ilin qalmaqalları - Mürəbbə, elçilik, pul

2021-ci ilin qalmaqalları - Mürəbbə, elçilik, pul

Tarix: 16 Dekabr 2021 19:40

2021-ci ildə sənət aləmi səs-küylü ötüşməyib. Bu il kimi boşandı, kimi bir-biri ilə dalaşdı, kimi evi və avtomobili ilə gündəmə gəldi. Kimi də dediyi sözlə günlərlə gündəmdən düşmədi.

Milli.Az Axşam.az-a istinadən 2021-ci ilin ən səs-küylü hadisələrini təqdim edir:

Bu il hələ də gündəmdən  düşməyən hadisə Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin boşanması olub. Keçmiş gəlini Canana Kərim bir yana qaldı, müğənni ilə savaşa çıxdı. O, illərdi ailəsində yaşadığı bütün problemlərin səbəbkarı kimi Mətanəti göstərib. Daha sonra müğənni 3 nəvəsini anasından ayırıb, özünün baxacağını bildirib. Hazırda 3 uşaq ata ilə yaşayır. Bir neçə gün əvvəl isə Mətanət oğlu üçün ikinci dəfə elçi gedib.

Rəqqasə Oksana Rəsulova və aparıcı Şəhriyar Əbilov bu il hər kəsə illərdi gizlətdikləri sirlərini açıqlayıblar. Şəhriyar 4 ildir evli olduqlarını açıqlayıb. Hətta o, Oksananın oğlu Osmanın atası olduğunu bildirib.

Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında bir müddətdir davam edən qalmaqal bu il də davam edib. İfaçılar əllərinə mikrofon keçən kimi bir-birinin ünvanına tənqidlər səsləndiriblər. Roza bir ara Elzaya barışıq addımı atsa da, qarşı tərəf ona üz çevirib. Son olaraq isə Seyidcahan qarşı tərəfi məhkəmə ilə hədələyib.

"Eurovision" müsabiqəsində bu il ölkəmizi təmsil edən Samirə Əfəndi gələn gündən həmkarları ilə qalmaqal yaşayır. Samirə ilk olaraq Nigar Camalla münasibəti bitirib. Buna səbəb Nigarın onun geyimini bəyənməməsi və yer tutmayacağını deməsi olub. Bundan sonra Samirənin Dilarə Kazımova ilə də küsülü olduğu ortaya çıxıb. Bu günlərdə isə ifaçılar arasında çəkilişlərdən birində mübahisə yaşanıb. 

Müğənni Elnarə Xəlilovanın bir vaxtlar aparıcı olan həyat yoldaşı Rövşən Cahangirovun jurnalist Tural Tural Museyibova hücum etməsi olub. Çəkiliş edən operatorla və Turalla Rövşən arasında yaşanan bu mübahisə günlərlə gündəmdən düşmədi.

Aparıcı Lalə Azərtaş bu il "mürəbbə" mövzusu ilə səs-küy yaratdı. Tarif Şurasının qaz və işığın qiymətində artım etməsinə münasibət bildirən Azərtaşın "Qiymət artımı bir azca cibinizi də yaracaq. Axı "niyə də" deməyin. Çünki günahkar və suçlu bəllidir, məlumdur. Bu koronovirusdur. Son 1 ildə dünya bazarındakı bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artdı. İndi soruşuram qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin" sözləri tənqid edilib. O, isə daha sonra fikrinin yanlış anlaşıldığını açıqlayıb.

Müğənni Nadir Qafarzadə də ənənəsinə sadiq qalaraq bu il ən çox qalmaqalda adı hallanan ifaçı olub. Belə ki, Nadir əvvəl "Professorun da, mənim də soyuducuma baxın. Soyuducum doludur" sözü ilə müzakirələrə səbəb oldu. Bu ifadəni illər əvvəl işlətsə də, Nadir yenə də bu fikirlərlə gündəmə gəldi. Daha sonra ifaçı fəxri ad almaq istəməsi və bunla bağlı açıqlaması ilə gündəmə gəldi. Onun bu sözləri rəqqasə Fatimə Fətəliyeva ələ salmış və sənət adamları arasında qalmaqal yaşanmışdı. Nadir ad çəkmədən Fatiməninin ünvanına təhqirlər səsləndirmişdi. Amma ifaçı hər zaman olduğu kimi, yenə də paylaşımını qısa vaxt keçəndə silib.  Nadir bu il Samirə Əfəndi ilə də qalmaqal yaşanıb. O, Samirənin "Eurovision"da yer tutmamasını açıq geyimi ilə əlaqələndirib.

İlin sonuna yaxın yaşanan qalmaqal isə uzun illərdi yataq xəstəsi olan meyxanaçı Ağakərimin oğlu Kamillə şair Nazilə Səfərli arasında yaşanıb. Ağakərimin evinə gedən Nazilənin üzünə qapı açılmayıb. Kamil bildirib ki, evdə olmadığı və Nazilənin çəkib paylaşım etməsinin qarşısını almaq üçün bu addımı atıb. Səfərli isə bunun qisasını ailənin ünvanına ittihamlar səsləndirərək alıb. O, kamili atasına psixotrop dərmanlar verməkdə, bağı baha qiymətə satmaqda günahlandırıb. Kamil isə şairi polisə şikayət edib, az keçmədən ərizəsini geri götürüb.

Stilist Anar Ağakişiyev illərdir aparıcı Zümrüd Bədəlova ilə küsülü olmasının səbəbini açıqlayıb. O bildirib ki, Zümrüd rəfiqəsi olan müğənni Günay İbrahimlinin tapşırığı ilə ona tələ qurub. Anarı verilişinə çağırıb, stilist çəkilişə gələndə isə təxirə düşdüyünü deyib. Beləcə, Anar nə qədər çalışsa da Zümrüdü bağışlamayacağını söyləyib.

Müğənni Xatirə İslam isə bir açıqlaması ilə aylarla gündəmdə qalıb. O, efirə çıxmaq üçün telekanal rəhbərindən qonorar istəyib. Onun bu açıqlamasına ilk olaraq aparıcılar qarşı çıxıb. Daha sonra isə elə həmkarları da onu tənqid edərək, yanlış açıqlama verdiyini deyib.

Milli.Az


Etiketlər:  2021 ci ilin qalmaqalları Mürəbbə elçilik pul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ