Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 12:50
"Ailə qurmağı niyə istəmirəm ki? Özümü tərifləmək kimi çıxmasın, lakin çox ailəcanlı insanam. Mənim ailəmdən, dostlarımdan soruşsanız, bilərsiniz".
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, bu sözləri "Tarixin bir günü" verilişində müğənni Aysel Əlizadə deyib. O bildirib ki, çox ailəcanlıdır və ailə qurmaq istəyir:
"Bəzən doğma anam deyir ki, səndən yana gözüm arxada deyil. Bilirəm ki, uşağın olsa, gözün kimi baxacaqsan. Bu hər bir xanımın arzusudur. Məsələn, başqa ölkələrdə oluruq, oradakı xanımlar deyir ki, karyera quracam, uşağı neynirəm? Azərbaycanlı qadınlar isə ailəcanlı, həyat yoldaşını, övladlarını sevəndir. Pis qadın yoxdur, onun qədrini bilməyənlər ola bilər. Həqiqətən də pis xanım olmur. Xanımlar yalnız sevilməyi diqqəti istəyir. Biz çox şey istəmirik. Onu da əldə edəndə ən xoşbəxt xanım oluruq".