Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 13:36
"WikiLeaks"in qurucusu Culian Assanj və onun nişanlısı Stella Morris 2022-ci ilin əvvəlindən tez evlənməyi planlaşdırmır. Bu barədə Morrisin özü bildirib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qadın həbsxana ilə mütəmadi əlaqə saxlayır və mümkün qonaqların sayını müzakirə edir.
Qeyd edək ki, noyabrın sonlarında Morris evlilik üçün rəsmi müraciət etdiklərini açıqlayıb. Böyük Britaniyanın Dövlət Penitensiar Xidməti bəylə gəlinin həbsxanada nikaha daxil olmaq istəyini təsdiqləyib.
Xatırladaq ki, İngiltərə məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə vermişdi. Bundan sonra keçmiş MKİ zabiti Edvard Snouden "WikiLeaks"in yaradıcısını siyasi məhbus adlandırıb.