Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saraylar, elit mənzillər və "Mercedes"lər kolleksiyası - keçmiş deputatın lüks həyatı - FOTO

Saraylar, elit mənzillər və

Tarix: 18 Dekabr 2021 11:02

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Dövlət Dumasının keçmiş deputatı Vladimir Qridinlə bağlı qalmaqallı araşdırmalara başlayıb.

Milli.Az "Kommersant"a istinadən yazır ki, mediada "kömür şaxtaları kralı" adlandırılan şəxs təsdiqlənməmiş məlumatlara görə, Rusiyada son mədən faciəsindən dərhal sonra Monakoya uçub. "KP" isə Qridinin hansı gəlirə malik olduğunu və ailəsinin hansı mülklərə sahib olduğunu öyrənib.

Tək kömür biznesi ona və tərəfdaşına ildə 500 milyondan 4,7 milyard rubla qədər xalis mənfəət gətirib. Bununla belə, Gridin özü təkcə kommersiya uğuru üçün deyil, həm də siyasi uğur üçün səy göstərib. 2007-ci ildən iki dəfə Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan sabiq deputatın 10 il əvvəl sərvəti iki milyard dollar qiymətləndirilib. Lakin 2019-cu ildən bu yana onun sərvəti  azalıb və 550 milyon dollar qiymətləndirilirib.

Dəbdəbəli həyat tərzi sürən sabiq deputatla bağlı tək bir fakt - villasında tək hamam 408 kv.m, gözətçi evi 232, qaraj isə 144 kv.m-dir. Ailənin daşınmaz əmlakının və torpaq sahələrinin ümumi sahəsi 6,6 min kvadratmetrə çatıb.

Qridinin uşaqları da dəbdəbəli həyat tərzi sürür - üç oğlu və bir qızı var. Övladlarına məxsus avtomobillərin sırasında beş Mercedes, iki Bentley və bir Mazda sahibi olub. Bəzilərinin qiyməti 14 milyon rubla çatır. Bu səkkiz avtomobildən yeddisində "777" dövlət nömrə nişanı olub.

Özünün avtomobil parkı isə möhtəşəmdir: - Mercedes-Benz - Mitsubishi Galant- Nissan Murano- Toyota RAV4 - VAZ 21043.

Anar Əli
Milli.Az


Etiketlər:  Saraylar elit mənzillər Mercedeslər kolleksiyası keçmiş deputatın lüks həyatı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ