Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşunun soyuducusunda yeni doğulan uşaq tapdılar

Qonşunun soyuducusunda yeni doğulan uşaq tapdılar

Tarix: 18 Dekabr 2021 18:26

Böyük Britaniyada soyuducudan körpə meyiti tapılıb.

Qəhvə dükanında işləyən 23 yaşlı Darnell Cekson qonşunun evində ölü uşaq gördüyü barədə ortağından xəbər alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu ona inandırıcı gəlməsə də həmin evə gedən Cekson soyuducunun qarşısında boş çanta, içində isə donmuş vəziyyətdə olan körpə görüb.

O, işlədiyi mağazaya əlində həmin çanta olan şəxsin gəldiyini xatırlayıb.

Verilən ifadələr əsasında 17 yaşlı qız və 45 yaşlı qadın həbs edilib.

Ətrafdakı evlərin sakinləri hadisədən dəhşətə gəldiklərini deyiblər.

Faktla bağlı araşdırma davam edir.

Milli.Az


Etiketlər:  Qonşunun soyuducusunda yeni doğulan uşaq tapdılar


RƏYLƏR