Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meymunlar qisas üçün 250 iti öldürdü

Meymunlar qisas üçün 250 iti öldürdü

Tarix: 18 Dekabr 2021 22:26

Hindistanın Mumbay şəhərində bir qrup qəzəbli meymun 250 iti öldürüb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, yerli sakinlərin dediyinə görə, hadisələr bir neçə itin meymunun balasını öldürməsi ilə başlayıb.

Meymunlar 250-yə yaxın iti binaların və ağacların zirvələrinə sürüyərək balaları ilə birlikdə vəhşicəsinə öldürüblər.

Məhəllə sakinləri meymunların qisas aldığını və yaxınlıqdakı Lavul kəndində bir itin də sağ qalmadığını bildiriblər.

Təxminən 5000 əhalisi olan Lavulda kənd sakinləri hadisə ilə bağlı yardım istəmək üçün səlahiyyətlilərə zəng etsə də, qruplar heç bir meymunu tuta bilməyib. Meymunları tutmaq üçün hərəkətə keçən bəzi kəndlilər də yaralanıb.


Etiketlər:  Meymunlar qisas üçün öldürdü


RƏYLƏR