Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 11:15
"Bu cür hadisələrin sosial şəbəkədə yayılması onun davam etmə ehtimalından xəbər verir".
Sonxeber.net bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov müğənni Damlanın İnstaqram hesabında qolunu kəsici alətlə kəsən fanatının şəklini paylaşmasına aydınlıq gətirərkən deyib. Elnur Rüstəmov hesab edir ki, belə bir fotonu sosial şəbəkədə paylaşmaq doğru deyil:
"Nəzərə almaq lazımdır ki, fanatlar emossional olur, emossional davrana, emossional reaksiyalar verə bilirlər.
Biz bunu müxtəlif sahələrdə, xüsusən də sənət sahələrində, səhnədə tanınan insanlara münasibətdə görə bilirik. Əsasən konsertlərdə, idman oyunlarında konkret olaraq fanatlar kəskin reaksiyalar verirlər. Onun içində qolunu kəsən, başqa şiddətli reaksiya verənlər var. Yaxşı olar ki, belə hadisələr ictimailəşdirilməsin. Ola bilər ki, Damla xanımın məqsədi özünün də dediyi kimi fanatını bu əməldən çəkindirməkdir".
Psixoloq hesab edir ki, bu hadisəni sabah bir başqası da təkrarlaya bilər:
"Bizdə zəmanət yoxdur. Başqa bir sənət adamının fanatı da bunu edə bilər".
Qeyd edək ki, müğənni Damla öz İnstaqram hesabında qolunu kəsici alətlə kəsən fanatının şəklini paylaşıb. Sənətçi paylaşımında fanatına müraciət edərək: "Sizi belə görmək istəmirəm. Belə etməklə məni üzürsünüz. Bu fanatımla mütləq görüşəcəm", - deyə qeyd edib.
Damlanın bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.