Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alman nəşrindən iddia: NATO bu ölkələrdə də güclənir

Alman nəşrindən iddia: NATO bu ölkələrdə də güclənir

Tarix: 20 Dekabr 2021 03:36

Alyans Bolqarıstan və Rumıniyadakı kontingentini genişləndirməlidir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu təkliflə NATO-nun Avropadakı müttəfiq silahlı qüvvələrinin rəhbəri, amerikalı general Tod Uolters çıxış edib.

Bu barədə məlumat yayan Almaniyanın "Şpigel" qəzeti qeyd edib ki, təklif bu yaxınlarda tərəfdaş dövlətlərin hərbi qurumlarının rəhbərləri ilə videobağlantı vasitəsilə keçirilən gizli görüşdə səsləndirilib.

Qəzetin yazdığına görə, söhbət Bolqarıstan və Rumıniyada NATO-nun "Enhanced Forward Presence" missiyası çərçivəsində - Polşa və Baltikyanı ölkələrdə mövcud kontingentlər əsasında modelləşdirilmiş, 1500 nəfərə qədər olan iki hərbi kontingentin formalaşdırılmasından gedir.

İddiaya görə, NATO-nun mövcudluğunun genişləndirilməsi təklifi Ukrayna ilə sərhəddə Rusiya hərbçilərinin sayının artırılması səbəbindən irəli sürülüb.


Etiketlər:  Alman nəşrindən iddia NATO ölkələrdə güclənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ