Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 10:15
Prezident İlham Əliyev "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643; 2021, № 8, maddə 923) 1-ci hissəsində "50" rəqəmləri "80" rəqəmləri ilə əvəz edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.