Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 16:05
ATV-də yayımlanan "Qonağım ol" proqramında klarnert ifaçısı Hüseyn Məhəmmədoğlunun evinin görüntüləri təqdim edilib.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, sözügedən verilişin çəkilişləri ikimərtəbəli mənzildə aparılıb. Məhəmmədoğlu villanı üç il ərzində tikdirdiyini qeyd edib:
"Bəzi hissələrini özüm dizayn etdim, qalanlarını isə dostum köməklik göstərdi. Bilsəm, birmərtəbəli inşa etdirərdim. İnanın ki, mənə desələr, ikinci mərtəbədən nəsə gətir, getməyə ərinərəm. Bir mərtəbə daha gözəldir, həm də pul daha az çıxır. Özü də görməmişlikdən tikdirdim ki, ikimərtəbəli evim olsun".