Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2021-ci ilin ən pis oyunları açıqlanıb - FOTO

2021-ci ilin ən pis oyunları açıqlanıb - FOTO

Tarix: 22 Dekabr 2021 10:00

"Metacritic" qiymətləndirmə aqreqatoru ilin ən pis oyunlarının adlarını açıqlayıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, aqreqatora görə, ilin ən pis oyunu "eFootball-2022" futbol simulyatoru oldu. Müəlliflər qeyd ediblər ki, vaxtilə öz janrında ən yaxşı hesab edilən 20 yaşlı "Konami" futbol franşizası bu il tamamilə yenidən dizayn edilib və indi pulsuzdur.

"Həm tənqidçilər, həm də oyunçular oyunda gülünc, bərbad qrafika, qeyri-adekvat, letargik oyun və kəskin məzmun çatışmazlığını qeyd ediblər", - deyə hesabatda bildirilir.

İkinci yerdə "Nintendo Switch" üçün "Balan Wonderworld", üçüncü yerdə "PlayStation 4"-də yayımlanan "Werewolf: The Apocalypse - Earthblood" gəlir.

"Taxi Chaos", "Of Bird and Cage" ilk 5-likdə yer alıb.

Altıncı yeri "Grand Theft Auto"-nın "The Trilogy - The Definitive Edition"ın remaster kolleksiyası tutub. Müəlliflər oyunu qrafikanın aşağı səviyyəsinə və çoxlu sayda səhvlərə görə tənqid edib.

Siyahını "I Saw Black Clouds", "Arkham Horror: Mother's Embrace", "Demon Skin" və "Necromunda: Hired Gun" davam etdirir.


Etiketlər:  2021 ilin oyunları açıqlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ