Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'', yoxsa ''Qarabağ''? - Yurçeviçin proqnozu

''Neftçi'', yoxsa ''Qarabağ''? - Yurçeviçin proqnozu

Tarix: 29 Aprel 2019 18:04

"Sumqayıt"ın "Neftçi"ni məğlub etməsindən sonra "Qarabağ" çempionatın favoritidir. Amma qalan iki turda hər şey ola bilər".

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Premyer Liqada cari mövsümün baş çatmasına 2 tur qalmış vəziyyəti dəyərləndirərkən deyib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, 26-cı turda "Neftçi" evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzandan sonra lider "Qarabağ"la aradakı xal fərqi 5-ə yüksəlsə də, paytaxt klubunun çempionluq şansı yenə də qalır.

Qeyd edək ki, "Qarabağ" hazırda 60 xalla liderdir. "Neftçi" isə rəqibindən 5 xal geri qalır. Ağdam təmsilçisi növbəti turda evdə "Səbail", "Neftçi" isə səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Sonuncu turda isə flaqman "Qarabağ"ı qəbul edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivə ardıcıl 6-cı çempionluq üçün cəmi 1 qələbə lazımdır.

 


Etiketlər:  Neftçi yoxsa Qarabağ Yurçeviçin proqnozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ