Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 13:54
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonundan məcburi köçkün olan bir ailə dəmir vaqonda yaşayır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, vaqonda 4 nəfərin yaşadığını bildirən Əli Orucov deyir ki, qışda burada yaşamaq onlar üçün çox çətin olur.
Əli Orucov iddia edir ki, aidiyyəti üzrə müraciət etsə də, nəticəsi olmayıb. O, Laçına qayıdana qədər müvəqqəti mənzillə təmin olunmağıni istəyir.
Məsələylə bağlı Laçın Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ailədən xəbərləri var. Məlumata görə, Əli Orucov qeyri- qanuni olaraq özbaşına rayon ərazisində yeni salınan qəsəbədə evə daxil olub. Bu səbəbdən də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəni məhkəməyə verib. Ümumiyyətlə, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətinə daxildir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də ailənin vaqonda yaşamasına münasibət bildirib.
Qeyd olunub ki, 2020-ci ilin əvvəlində Taxtakörpü ərazisində istifadəyə verilmiş 645 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi zamanı Əli Orucovun anası, bacısı və qardaşı yeni yaşayış sahəsi ilə təmin ediliblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: