Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 22:06
Braziliyada zəif immunitetə sahib pasiyentlər COVID-19 əleyhinə vaksinin üçüncü dozası ilə peyvəndləndikdən dörd ay sonra dördüncü doza vurdura bilərlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi elan edib. Vaksinin buster dozasının 18 yaşdan yuxarı, əsas qrafik üzrə üç doza ilə (iki doza və əlavə doza) peyvəndlənən, zəif immunitetə malik bütün şəxslərə dörd aydan sonra tətbiq edilməsi tövsiyə olunub.
Bu qərar xüsusən ağır immunodefisitə malik insanlara və kimya terapiyası keçən pasiyentlərə aid ediləcək.
Braziliyanın Səhiyyə Nazirliyi, həmçinin əhali üçün bütövlükdə ikinci və üçüncü dozalar arasındakı intervalın müddətini beş aydan dörd ayadək azaldıb.
Bundan başqa, Braziliya hökuməti Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı vasitəsilə Latın Amerikası, Karib hövzəsi və Afrika ölkələrinə 10 milyon doza COVID-19 əleyhinə vaksinin təmənnasız veriləcəyini bildirib.
Qeyd edək ki, son aylar Braziliyada immunlaşdırılma tempi artıb, əhalinin 66,1 faizi COVID-19 əleyhinə vaksinlənmənin tam sxemini keçib.