Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''12 yaşlı qız zorakılığın, təcavüzün qurbanı oldu'' - FOTO

''12 yaşlı qız zorakılığın, təcavüzün qurbanı oldu'' - FOTO

Tarix: 23 Dekabr 2021 09:14

Müğənni və aktrisa Ledi Qaqa Ridli Skottun "Gucci Evi" ("House of Gucci") filmində baş qəhrəman "Patrisiya Reggiani" rolu üzərində necə işlədiyini danışıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, filmdə çəkilişlərə hazırlaşarkən macəraçı və Mauritsio Quççinin həyat yoldaşı Patrisiyanın həyatı haqqında materialları diqqətlə öyrənib. Aktrisanın fikrincə, qadının formalaşmasına anası Silvana Reggianinin rolu var.

"O (ana - red.), sözün əsl mənasında dələduzluq etdi, qızını nəinki zəngin gənclərlə tanış etdi, hətta onlara təklif etdi. Patrisiya ilə ilk dəfə bu baş verəndə o, cəmi 12 yaşında idi. Yəni qız sözün əsl mənasında, azyaşlıya qarşı zorakılığın, təcavüzün qurbanı olub", - deyə ifaçı vurğulayıb.

Qaqa onu da bildirib ki, qəhrəmanı çoxlarının düşündüyü kimi pul ovçusu olmayıb, o, sadəcə Gucci ailəsinin üzvlərindən, elə Mauritsionun özündən diqqət istəyib. Müğənni əlavə edib ki, Reggiani "heç kimdən", "oyuncaq"dan hörmət edilən qüvvəyə çevrilməyə çalışıb, o, Gucci ailəsinin bütün zəngin və imtiyazlı kişilərinə qarşı təkbaşına durub.

Qeyd edək ki, Gucci ailəsi "Gucci Evi" filmində əks olunanları böhtan adlandırıblar.

"Gucci evi" qətli keçmiş həyat yoldaşı Patrisiya Reggiani tərəfindən sifariş edilən Mauritsio Quççinin ölüm hekayəsindən bəhs edir.

Filmdə Ledi Qaqa "Patricia Reggiani" (bu rola görə "Oskar" mükafatına namizəddir), Adam Driver isə  "Maurizio Gucci" rolunu canlandırıb. "Gucci evi"ndə həmçinin Salma Hayek, Al Paçino, Ceremi Ayrons və Cared Leto da iştirak edib.


Etiketlər:  yaşlı qız zorakılığın təcavüzün qurbanı oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ