Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 13:08
Göyçayda şəkərli diabet xəstələri dərmanlarını ala bilmir.
Rayonun İnçə kənd sakini Oktay Mehdiyev şəkərli diabet xəstəliyindən əziyyət çəkir. O, noyabr ayının 1də qeydiyyata düşsə də həmin ayın sonunda paylanılmada olan dərmanlardan yararlana bilməyib.
Onunla yanaşı digər xəstə və xəstə yaxınları da eyni iddia ilə çıxış ediblər. Onlar da bir neçə gündür Rayon mərkəzi xəstəxanasından şəkərli diabetə qarşı dərmanlarını əldə edə bilmirlər.
Göyçay rayon mərkəzi xəstəxanasının aptek şöbəsindən dərman və aparatların verilməsində olan ləngimələrin səbəbini öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı rayon xəstəxanasının baş həkimi Ləman Hacıyeva "XəzərXəbər"ə bildirdi ki, hazırda rayon üzrə 4627 nəfər şəkərli deabet xəstəsi qeydiyyatdadır. Xəstələrin sayına görə, hər ay dərman, qanda şəkəri təyin edən cihaz və şəkər çöpləri xəstələrə növbəli şəkildə paylanılır. Bəzən şəkər xəstələrinin sayında artım olduğu üçün onlara təyin olunan dərmanlar növbəti ayda siyahıya salındığı üçün müəyyən ləngimələr ola bilər. Odur ki şəkərli diabet xəstələrimizdən xahiş edirik ki bu cür halları nəzərə alaraq təmkinli olsunlar deyə Ləman Hacıyeva bildirib.