Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Omikron” neçə ölkəyə yayılıb?

“Omikron” neçə ölkəyə yayılıb?

Tarix: 23 Dekabr 2021 14:24

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatına əsasən, 106 ölkədə COVID-19-un "Omikron" ştammına yoluxma halları qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, həmçinin, ÜST son məlumatlara istinad edərək bildirir ki, "Omikron" hətta kütləvi immunitetin yüksək səviyyədə olduğu ölkələrdə belə "Delta" ştammından daha sürətli yayılır.

Qeyd edilir ki, xəstəliyin bu variantının şiddəti ilə bağlı məlumatlar hələ də məhduddur, lakin hesabatda Cənubi Afrikada və Böyük Britaniyada "Omikron"lu xəstələrin xəstəxanaya yerləşdirilmələrinin sayının artmaqda davam etdiyi bildirilir.


Etiketlər:  Omikron neçə ölkəyə yayılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ