Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karantini pozan turisti iki illk həbs gözləyir

Karantini pozan turisti iki illk həbs gözləyir

Tarix: 23 Dekabr 2021 17:54

Taylandda COVID-19 testinin nəticələrini gözləməkdən imtina edən israilli turist karantin üçün nəzərdə tutulan məkanı gizli şəkildə tərk edib.

Testinin nəticələri müsbət çıxan turist polislərin onu təqib etdiyini bilib və bir neçə gün onlardan gizlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yalnız beş gündən sonra polislər onu restoranlardan birində saxlaya biliblər.

Polis və həkimlərlə aparılan danışıqlardan sonra 29 yaşlı israilli təcili yardımla yerli xəstəxanaya getməyə razılaşıb.

İndi israildən olan turisti epidemiya qaydalarına məhəl qoymadığına görə iki il həbs və ya 4 000 Tailand batı miqdarında (200 manat) cərimə gözləyir.

Milli.Az


Etiketlər:  Karantini pozan turisti iki illk həbs gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ