Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Evdə tək” filminin aktyoru sevdiyi qadını boğmağa cəhd edib

“Evdə tək” filminin aktyoru sevdiyi qadını boğmağa cəhd edib

Tarix: 24 Dekabr 2021 11:08

Məşhur "Evdə tək" filmində rol almış aktyor Devin Ratrey (Bazz Makkalister rolunu oynayıb) görüşdüyü qadına yumuruq zərbələri endirib və onu boğmağa cəhd göstərib. 

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı aktyor saxlanılıb. O, özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Lakin Devin Ratreyin sevgilisi öz ifadəsində iddia edib ki, aktyor əvvəl onu itələyərək çarpayıya uzadıb daha sonra yumuruq zərbələri endirib və nəhayət boğmağa cəhd edib.

İddia olunur ki, aktyor fiziki zor tətbiq edərkən "Sən bax belə öləcəksən" kəlməsini də işlədib.

Son məlumata əsasən, aktyor 25 min dollar(43 min manat) girov pul müqabilində sərbəst buraxılıb.


Etiketlər:  Evdə tək filminin aktyoru sevdiyi qadını boğmağa cəhd edib


RƏYLƏR