Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apteklərdə dərman qıtlığı yaşanır: bəzi dərmanlar niyə tapılmır? - VİDEO

Apteklərdə dərman qıtlığı yaşanır: bəzi dərmanlar niyə tapılmır? - VİDEO

Tarix: 24 Dekabr 2021 16:56

İnsanlar daha çox qış fəsli xəstələnirlər. Bu vaxtlar apeklərin də işi yaxşı gedir desək, yanılmarıq. Çünki, yoluxucu xəstəliklər artanda əczaxanaların müştəriləri də çoxalır. Ancaq son vaxtlar apteklərin işi heç də yaxşı deyil. Çünki dərman çatışmazlığı yaşanır. Hətta bəzi dərmanların əvəzediciləri belə tapılmır. Nədir səbəb? Öyrənməyə çalışmışıq.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, soyuqlar düşür, yoluxucu xəstəliklər çoxalır. Apteklərdə isə dərman qıtlığı yaşanır.

Əczaçılar deyir ki, son vaxtlar qrip, soyuqdəymə və boğaz ağrısına qarşı, eləcə də immuniteti artıran preparatlara tələbat çox olsa da, depolarda belə dərmanlar tapılmır.

Dərman qıtlığından vətəndaşlar da əziyyət çəkir.

Səhiyyə Nazirliyindən xəbər ertəsinə bildirildi ki, apteklər özəl şirkətlərin balansında olduğundan məsələ Nazirliyin səlahiyyətində deyil.


Etiketlər:  Apteklərdə dərman qıtlığı yaşanır bəzi dərmanlar niyə tapılmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ