Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 22:00
Həkim-dermatoonkoloq Natalya Kalakutskaya hansı papilomaların onkoloji xəstəliklərin göstəricisi olduğunu açıqlayıb.
Sonxeber.net xəbər verir ki, dəridə yaranan papilomalar çox zaman tamamilə təhlükəsiz olur. Onların növünü rənginə və yerinə görə müəyyən etmək mümkündür.
"Tamamilə xoşxassəli növlərə yaxalıq bölgədə, həmçinin qoltuqaltı və ya qasıq nahiyyəsində olan rəngsiz-bej rəngdən açıq çəhrayı-qəhvəyi rəngə qədər olan papilomalar aiddir", - deyə N.Kalakutskaya bildirib.
O, qeyd edib ki, onkoloji xəstəliklərə işarə edən növlərə daha çox ayaq nahiyyəsində rast gəlinir.
N.Kalakutskaya histoloji müayinə aparılmadan istənilən dəri törəmələrini aradan qaldırmamağı tövsiyə edib. /medicina.az