Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 10:12
Türkiyənin populyar ifaçısı və aktyoru Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasında davam edən qəyyumluq işi üzrə məhkəmənin yekun qərarı açıqlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hakim uşağın anasının himayəsində qalmasına, Özcan Dənizin isə ziyarət günlərinin artırılmasına qərar verib.
Qeyd edək ki, Özcan Dəniz Feyza Aktan ilə 8 mart 2018-ci ildə ailə qurub. Bir oğlan uşağı olan cütlük anlaşa bilmədikləri üçün boşanmaq qərarına gəliblər.
Evliliklərini bitirən valideynlər övladlarının qəyyumluğu üçün məhkəməyə müraciət ediblər.