Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamız 7-ci oldu

Yığmamız 7-ci oldu

Tarix: 30 Avqust 2019 17:12

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində son oyununu keçirib.

Qol.az xəbər verir ki, 7-ci yer uğrunda görüşdə litvalı həmyaşıdları ilə qarşılaşan komandamız 3:1 hesablı qələbə qazanıb.

Yığmamızın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib.

Qeyd edək ki, millimiz buna qədər İsrailə 0:6,  Ukraynaya 2:4, Latviyaya isə 0:2 hesabı ilə uduzub.
 


Etiketlər:  Yığmamız oldu


RƏYLƏR