Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müsəlmanlara qarşı soyqırımı çağırışı: ''2 milyonunu öldürsək...''

Müsəlmanlara qarşı soyqırımı çağırışı: ''2 milyonunu öldürsək...''

Tarix: 26 Dekabr 2021 13:22

Hindistanda müsəlmanlara qarşı soyqırımı çağırışı edilib.

Sonxeber.net Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Uttaraxand əyalətinin Haridvar şəhərindəki Hindu dini mərasimi zamanı baş verib.

Mərasimdə çıxış edən bir qadın insanları müsəlmanları öldürdükləri üçün həbs olunmaqdan qorxmamağa çağırıb. 

"10 nəfərimiz əsgər olsa və onardan 2 milyon nəfəri öldürsək, qalib gələcəyik. Bu münasibəti göstərə bilsəniz, ancaq o zaman "sanatana dharma"nı (Hinduizmin mütləq forması) qoruya biləcəksiniz" deyə qadın bildirib.

Mərsimdə Baş bazir Narendra Modinin Bharatiya Janata Partiyasının üzvü də qatılıb. Partiya 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindu milliyyətçiləri tərəfindən müsəlmanlara və digər azlıqlara qarşı şiddəti təşviq etməkdə ittiham olunur. 

Tanınmış müsəlman deputat Asaduddin Ovaisi mərasimdən yayılan video ilə bağlı "Twitter" hesabında açıqlama verib və qandonduran çıxışın "müsəlmanların soyqırımına açıq çağırış" olduğunu bildirib.

Modi hökuməti isə olayla bağlı heç bir açıqlama verməyib. Əvəzində polis hərəkətə keçib və "nifrətə çağırış" maddəsi ilə araşdırmalara başlayıb.


Etiketlər:  Müsəlmanlara qarşı soyqırımı çağırışı milyonunu öldürsək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ