Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 saat liftdə qalan 90 yaşlı qadını nəvəsi ''xilas'' etdi

9 saat liftdə qalan 90 yaşlı qadını nəvəsi ''xilas'' etdi

Tarix: 27 Dekabr 2021 13:00

Rusiyanın Leninqrad vilayətində itkin düşdüyü güman edilən 90 yaşlı qadın Anuzə Sidorova 9 saat sonra liftdə tapılıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə Koltuşi kəndində baş verib.

O, gəzintidən evə qayıdarkən liftə minib və texniki nasazlıq üzündən mənzilə qalxa bilməyib. Yaşlı qadının evə gəlmədiyini görən yaxınları polisə məlumat verib.

Axşam saatlarında nəvəsi liftdən nənəsinin öskürəyini eşidib və idarəetmə şirkətinə zəng edib. Bundan sonra lift işə salınıb və təqaüdçü xilas edilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb. Bildirilib ki, bütün detallar və səbəblər müəyyən ediləcək, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək.


Etiketlər:  saat liftdə qalan yaşlı qadını nəvəsi xilas etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ