Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makqreqor Messi ilə Ronaldunu qabaqladı

Makqreqor Messi ilə Ronaldunu qabaqladı

Tarix: 27 Dekabr 2021 21:54

"Forbes" jurnalı 2021-ci ildə ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məşhur MMA döyüşçüsü Konor Makqreqor 180 milyon dollar qazancla ilin ən çox qazanan idmançıları siyahısına başçılıq edir.

Onu müvafiq olaraq 130 milyon dollar və 120 milyon dollarla dünya futbolunun ulduzları Lionel Messi və Kristianu Ronaldu izləyir.

"Forbes"in hazırladığı 2021-ci ilin ən çox qazanan 10 idmançısının siyahısını təqdim edirik:

1. Konor Makqreqor - Qarışıq döyüş sənətləri - 180 milyon dollar

2. Lionel Messi - Futbol - 130 milyon dollar

3. Kristianu Ronaldu - Futbol - 120 milyon dollar

4. Dak Preskott - Amerika Futbolu - 107,5 milyon dollar

5. LeBron Ceyms - Basketbol - 96,5 milyon dollar

6. Neymar - Futbol - 95 milyon dollar

7. Rocer Federer - Tennis - 90 milyon dollar

8. Lyuis Hamilton - Formula 1 - 82 milyon dollar

9. Tom Bredi - Amerika Futbolu - 76 milyon dollar

10. Kevin Durant - Basketbol - 75 milyon dollar

Milli.Az


Etiketlər:  Makqreqor Messi ilə Ronaldunu qabaqladı


RƏYLƏR