Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Misirdə günəş enerjisi hasil edən nəhəng park istifadəyə verilib - FOTO

Misirdə günəş enerjisi hasil edən nəhəng park istifadəyə verilib - FOTO

Tarix: 27 Dekabr 2021 22:02

İqlim şəraiti etibarilə ilin əsas hissəsinin günəşli hava təşkil etdiyi Misirdə Benban Günəş Parkı adlı dünyanın ən nəhəng elektrik stansiyasının əsas korpusu istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, inşası başa çatmaqda olan parka gələn Misir Prezidenti Əbdülfəttah əl-Sisi ölkəsinin bərpaolunan enerji mənbələrindən istifadə edilməsi üzrə ən inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağı hədəflədiyini deyib. O əlavə edib ki, Misirin cənubundakı Asuan əyalətində yeni günəş elektrik stansiyaları layihələri həyata keçiriləcək. Misir Prezidenti vurğulayıb ki, hazırda elektrik enerjisi qiymətlərindəki bahalıq onun maya dəyərinin yüksək olması ilə bağlıdır və günəş stansiyaları bu problemin həllində mühüm rol oynayacaq.

Cari ilin iyulunda Misir hökuməti elektrik enerjisi qiymətlərini 26 faiz artırmağa məcbur olub. İnşasına 4 milyard dollar həcmində vəsait xərclənmiş və 32 plantasiyadan ibarət Benban Günəş Parkı sayəsində əhalini nisbətən ucuz enerji ilə təmin etmək mümkün edəcək. Belə ki, 37 kvadrat kilometr ərazidə quraşdırılmış günəş panelləri gələn ilin sonunadək ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizini, 2035-ci ildə isə 42 faizini ödəyəcək.

Milli.Az


Etiketlər:  Misirdə günəş enerjisi hasil edən nəhəng park istifadəyə verilib FOTO


RƏYLƏR