Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdə ilin futbolçusu bəlli olub, İbrahimoviçin hegemonluğuna son qoyulub

İsveçdə ilin futbolçusu bəlli olub, İbrahimoviçin hegemonluğuna son qoyulub

Tarix: 28 Dekabr 2021 20:44

İsveçdə 2021-ci ilin ən yaxşı futbolçusu bəlli olub.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, Almaniya "Leyptsiq"inin yarımmüdafiəçisi Emil Forsberq bu ada layiq görülüb.

30 yaşlı oyunçu karyerasında ilk dəfə ölkəsində "Qızıl top" mükafatına sahib çıxıb.

Bununla da İtaliya "Milan"ının hücumçusu Zlatan İbrahimoviçin hegemonluğuna son qoyulub. 40 yaşlı forvard ümumilikdə 12 dəfə İsveçin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, İsveç Futbol Federasiyası və "Afronbladet" nəşrinin birgə təsis etdiyi "Qızıl top" mükafatı 1946-cı ildən verilir.


Etiketlər:  İsveçdə ilin futbolçusu bəlli olub İbrahimoviçin hegemonluğuna qoyulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ