Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balaxanıda Mədən 2 küçəsinin su problemi - VİDEO

Balaxanıda Mədən 2 küçəsinin su problemi - VİDEO

Tarix: 29 Dekabr 2021 14:26

Şikayətçilərimiz dağılmış, palçıqlı yolda gediş-gəlişi çətinləşən, küçələrinin suyu qurumayan Sabunçu rayonu sakinləridir. Daha dəqiq Balaxanı qəsəbəsi mədən 2 ünvanında yaşayan şikayətçilər bildirir ki, bu hal 1 ilə yaxın bir dövrü əhatə edir. İddialarına görə, Azərsu ASC-nin fəaliyyəti nəticəsində sökülən yolun suyu qurumaq bilmir ki bilmir. Ana xətdən durmadan axan içməli su yağış yağmasa da, yollarda gölməçələrin yaranmasına səbəb olur. Elə ki, yağış yağdı gölməçələrin dərinliyi artaraq yolu daha da keçilməz edir. Digər yandan küçənin bu istiqamətində kanalizasiya sisteminin olmaması işi daha da müşkülə çevirir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, qəsəbədəki yol və kanalizasiya probleminə gəldikdə isə Azərsu ASC-dən məsələnin araşdırılacağı bildirildi. ümid edək ki, bu problemlər də gün üzünə çıxar. həmçinin Balaxanı qəsəbəsi mədən 2 ünvanında aydınlıqdan uzaq sular axaraq çuxurunu tapar, yola çıxanlarsa yolda qalmaz.

Milli.Az


Etiketlər:  Balaxanıda Mədən 2 küçəsinin su problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ