Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 17:36
Bir müddət öncə Xətai rayonu Sabit Orucov küçəsində yaşayan sakinlərin şikayətini işıqlandırmışdıq. Onların şikayəti İzzət Orucova küçəsinə yaxın yerləşən parkın acınacaqlı vəziyyəti ilə bağlı idi. Xatırladaq ki, 1980-ci ildə salınan park bir vaxtlar bu vətəndaşların istirahət etdiyi məkan olub.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, şikayətçilər bildirirdi ki, indi baxımsızlıqdan yararsız hala düşən park o zamanlar müxtəlif növ ağac və gül növləri ilə paytaxtın seçilən ərazisi olub. Şikayətçilərin istəyi bir vaxtlar öz füsünkarlığı ilə göz oxşayan parkın yenidən bərpa olunması ilə bağlı idi .Başqa bir məsələ isə buradakı ağacların quruması və kökündən qoparılması ilə əlaqədar idi. Şikayətçilər iddia edirdilər ki, ağacların məhvi naməlum səbəblərlə bağlıdır. Baxımsız parkın aqibəti haqqında Nəsimi rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan məsələni araşdıraraq məlumat veriləcəyi bildirildi. Cavab isə çox gecikmədi. Həmin cavabı təqdim edirik.
Zamanın axarı özü ilə bir sıra dəyişikliklər gətirir. Ötən illər ərzində paytaxtımız Bakı da dəyişərək yenilənib. Sevindirici halın isə bu dəyişikliyin müsbət istiqamətdə olmasıdır. Salınan parklar, abadlaşdırılan məhlələr buna bariz nümunədir. Bir vaxtlar gözəlliyi ilə seçilən, şikayətçilərimizin xoş günlərinin xatirəsi olan bu park da yenilənməyə və dəyişməyə məhkumdur.
Digər tərəfdən nəzərə alsaq ki, bitkilər də canlıdır deməli onlar da insan kimi müəyyən vaxtdan sonra yox ola bilər. Gözlə görünən, doğru bildiyimiz bir sıra hallarsa bizi yanılda bilər. Qurumuş, küləklərə tab gətirməyərək aşan ağaclar kimi.