Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 11:45
Bakı. Trend:
Abunəçilərinə ən qabaqçıl müştəri təcrübəsi yaşatmağı hədəfləyən ölkənin telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyə davam edir.
“Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, bu dəfə Azercell Goranboy şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən yeni Eksklüziv mağazasını abunəçilərinin istifadəsinə təqdim edib.
Bu münasibətlə əlaqədar şirkət yeni mağazanın müştərilərini xüsusi kampaniya ilə sevindirir. Belə ki, avqust ayının 27-dən etibarən 7 gün ərzində, Goranboy Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN-dək hədiyyə balansı əldə edəcək.
Azercell-in yeni Eksklüziv mağazası ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər ən son texnoloji yenilikləri dəstəkləyən məhsulları sınaqdan keçirə və müqayisə edə bilərlər. Peşəkar satıcılar müştərilərə düzgün seçim etmək, xidmətləri aktivləşdirmək və digər məsələlərdə yardım edir. Həmçinin mağazada mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar, kredit və ya nağd şəkildə mobil telefonlar əldə etmək mümkündür.
Goranboy Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 20:00 (fasiləsiz), Bazar günü 09:00 – 19:00 (fasiləsiz) abunəçilərə xidmət göstərir. Beləliklə, ölkə boyunca artıq 23 Azercell Eksklüziv mağazası fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin