Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Omikron Deltaya yoluxmanı kəskin azaldır

Omikron Deltaya yoluxmanı kəskin azaldır

Tarix: 30 Dekabr 2021 16:50

Omikron ştammı Delta variantına qarşı immun sistemini möhkəmləndirə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "MedRxiv" portalında dərc edilən tədqiqatda deyilir.

Belə ki, Omikron ştammına yoluxmuş və COVİD-19 simptomları ilə üzləşmiş 15 nəfər (7-si vaksinasiya olunmuş) üzərində araşdırma aparılıb. Alimlər antitellərin 14 gün ərzində Omikron və Deltanı zərərsizləşdirmək qabiliyyətini nəzərdən keçiriblər.

Məlum olub ki, həmin dövrdə Omikron ştammının zərərsizləşdirilməsi effekti 14 dəfə artıb. Bu da immun sisteminin güclənməsindən xəbər verir.

Alimlərin sözlərinə görə, bu fakt Deltaya təkrar yoluxma riskinin kəskin azaldığını göstərir.

Milli.Az


Etiketlər:  Omikron Deltaya yoluxmanı kəskin azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ