Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayramov Lavrovla üçtərəfli bəyanatı müzakirə etdi

Bayramov Lavrovla üçtərəfli bəyanatı müzakirə etdi

Tarix: 30 Dekabr 2021 18:51

30 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər yeni il münasibətilə təbriklərini bölüşüblər.


Etiketlər:  Bayramov Lavrovla üçtərəfli bəyanatı müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ