Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 19:08
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
MMC-dən Sonxeber.net-a verilən məlumata görə, belə ki, 31 dekabr tarixində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində vətəndaşlara xidmət göstərəcək.
1-4 yanvar tarixlərində isə Bakı şəhərində yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09:00-dan 18:00-a, 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-dan 17:00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-dan 17:00-a, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-dan 17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri isə saat 10:00-dan 17:00-a qədər işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi - teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.