Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 20:54
Bu il Azərbaycanda qeydə alınan doğum və nikahların sayı açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, bu il 111 mindən çox doğum qeydə alınıb, habelə nikahların sayı xeyli artaraq 55 mini keçib.
Həmçinin qeyd olunub ki, ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4.3 milyonu ötüb.