Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ətrafların çıxığı

Ətrafların çıxığı

Tarix: 2 Yanvar 2022 22:33

Ətrafların (əl-ayaq)  çıxığı o hallarda baş verir ki, zədə zamanı sümüklərdən biri oynaq çuxurunu dağıtmış olur və oynaq çuxurundan sürüşüb çıxır. Sümük çıxığının ümumi əlamətlərinə aşağıdakılar aiddir : oynağın ümumi konturunun pozulması, yerindən çıxmış sümüyün təzə yerdə önə keçməsi, sümük çıxıntısı olan ətrafın qısalması yaxud uzanması, oynaqda ağrının artması, aktiv hərəkətlərin pozulması və passiv hərəkətlərin (xəstənin özü tərəfindən deyil, kənardan kömək edilməklə oynaq hərəkətləri) kəskin şəkildə məhdudlaşması. İstənilən hərəkət zamanı oynaqda bərk ağrı olur.

Yardım: heç bir halda özünüz çıxığı yerinə salmağa cəhd etməyin. Yuxarı ətrafların oynaqlarından biri yerindən çıxmışsa, zədəli qolu boyun nahiyəsinə bağlanmış ləçəkdən asırlar. Aşağı ətrafın oynağı yerindən çıxdıqda isə xəstə tam sakit olsun deyə zərər çəkəni uzandırmaq, ağrıyan ayağın dövrəsinə balış düzmək və zərər çəkəni dərhal travmatoloji məntəqəyə çatdırmaq lazımdır.


Etiketlər:  Ətrafların çıxığı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ