Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2022 15:15
Müğənni Nura Suri ARB-də yayımlanan "Söz baz" proqramına müsahibə verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sualları cavablandıran ifaçı verilişlərdən şikayətlənib:
"Çağırırlar, 6-7 qonaq oturur, ağız deyəni qulaq eşitmir. O mövzuda ki danışmaq istəyirəm, həmin mövzuda danışmırlar. 2004-cü ildə sənətə gəlmişəm, o qədər danışmışam ki, sözüm qalmayıb. Video müsahibələrdə 1-2 saat danışdırarlarsa, o başqa. 6-7 nəfərlə gəlim, verilişin yarısı sponsorlar. Mənim xoşuma gəlmir. Baxıram, həvəsdən düşürəm. Baxılası veriliş yoxdur. Bir proqramda minimum 5 qonaq olur, eyni mövzular. 2004-cü ildən bəri bu mövzular dəyişilmədi? Kiminsə evini, əməliyyatını müzakirə edirlər. Ay balam, danışılası o qədər sözlər var, gəlin onlardan danışaq, dünya irəliləyir, biz geri gedirik".