Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektron alış aktı hansı hallarda tətbiq edilir?

Elektron alış aktı hansı hallarda tətbiq edilir?

Tarix: 3 Yanvar 2022 23:36

Vergiödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktını tərtib edir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergiödəyicisində saxlanılır.


Etiketlər:  Elektron alış aktı hansı hallarda tətbiq edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ