Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarənin tualetindəki zibil qutusundan yeni doğulmuş körpə tapıldı

Təyyarənin tualetindəki zibil qutusundan yeni doğulmuş körpə tapıldı

Tarix: 4 Yanvar 2022 11:24

Təyyarənin tualetindəki zibil qutusunda yeni doğulmuş körpə tapılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Mavritaniyanın hava limanında baş verib.

Yeni doğulmuş oğlan uşağı gömrükçülər tərəfindən aşkar edilib.

Onlar zibil qutusunda qana bulaşmış tualet kağızından şübhələnərək körpəni fərq ediblər. Uşaq dərhal müalicə üçün xəstəxanaya göndərilib.

Hava limanı polisi sərnişinləri sorğu-sual edərkən 20 yaşlı madaqaskarlı qadından şübhələnib. Körpənin ona məxsus olduğunu təkzib edən qadın, doğum etdiyini təsdiqləyən tibbi müayinədən sonra saxlanılıb. Hazırda o, xəstəxanada nəzarət altındadır.

Mavritaniyaya iki illik iş icazəsi ilə gələn qadın xəstəxanadan çıxdıqdan sonra yeni doğulmuş körpəsini tərk etdiyi üçün mühakimə olunacaq.


Etiketlər:  Təyyarənin tualetindəki zibil qutusundan yeni doğulmuş körpə tapıldı


RƏYLƏR