Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 15:32
2021-ci ilin dekabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,2 ABŞ dollarına bərabər olub ki, bu da noyabr ayının orta qiyməti ilə müqayisədə 6,54 dollar və ya 7,9% azdır.
"APA-Economics"in məlumatına görə, ötən ay ən yüksək göstərici (dekabrın 30-u) - 82,13 dollar təşkil edib, ən minimal göstərici isə (dekabrın 2-si) 71,38 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 12,7% və ya 9,27 dollar artıb.
Ümumilikdə 2021-ci il ərzində dünya bazarında Azərbaycan neftinin 1 bareli 61,3% və ya 31,21 dollar bahalaşaraq 82,13 dollar təşkil edib. Ötən il ərzində ən yüksək göstərici (oktyabrın 25-i) - 88,19 dollar, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində qeydə alınıb.