Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mane Salaha hirslənib özündən çıxdı – Video

Mane Salaha hirslənib özündən çıxdı – Video

Tarix: 1 Sentyabr 2019 12:04

Dünən İngiltərə Premyer Liqasının “Bernli” – “Liverpul” matçında (0:3) qonaq komandanın düşərgəsində gərginlik yaşanıb.

Qol.az xəbər verir ki, Sadio Mane əvəzləndikdən sonra ona bir neçə dəqiqə əvvəl matçın gedişatında ötürmə etməyən Məhəmməd Salaha əsəbiləşib. Seneqallı ulduzu hətta baş məşqçi Yurgen Klopp və komanda yoldaşları da sakitləşdirə bilməyib.

Oyundan sonra keçirilən mətbuat konfransında Klopp məsələ ilə bağlı deyib: “Mane həssas biridir. Emosiyalarını gizlədə bilmir. Böyük bir olay deyil. Paltardəyişmə otağında hər şeyi yoluna qoyacağıq”.



 


Etiketlər:  Mane Salaha hirslənib özündən çıxdı Video


RƏYLƏR