Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ilk “cib” peykini kosmosa buraxacaq

Türkiyə ilk “cib” peykini kosmosa buraxacaq

Tarix: 7 Yanvar 2022 09:16

Zonquldak Bülent Ecevit Universitetinin (BEU) Mühəndislik fakültəsinin tələbələrindən ibarət Kosmos Qrupu tərəfindən hazırlanan Türkiyənin ilk "cib" peyki "Grizu-263A" yanvarın 13-də kosmosa göndəriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun orbitə çıxarılması üçün "SpaceX Falcon 9" raketindən istifadə olunacaq.

İstanbul Texniki Universiteti Kosmos Sistemləri Sınaq Laboratoriyasının, həmçinin Türkiyə Həvəskar Peyk Texnologiyaları Dərnəyinin texniki dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan peykin ölçüləri 5x5x5 santimetrdir.

Peykin təxminən 525 kilometr aşağı Yer orbitində 4 il 8 ay xidmət etməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Türkiyə ilk cib peykini kosmosa buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ