Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adı təcavüzdə hallanan aktyorun oynadığı səhnə serialdan kəsilib - FOTO

Adı təcavüzdə hallanan aktyorun oynadığı səhnə serialdan kəsilib - FOTO

Tarix: 7 Yanvar 2022 10:30

"Sex and the City" filminin davamı olan "And Just Like That"ın son epizodundan Hollivud aktyoru Kris Notun baş rolda oynadığı səhnə kəsilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qərar məşhur aktyorun adının cinsi təcavüzdə hallanması fonunda verilib. Serialda o, xəyalların adamı Mister Biq obrazını canlandırırdı.

Son epizod fevralın 3-də HBO Max-da yayımlanacaq.

Xatırladaq ki, K.Not dekabr ayında CBS-in layihəsi olan "Equalizer" serialında rolunu itirib.

Qeyd edək ki, iki qadın 2004 və 2015-ci illərdə Kris Notun onları zorladığını bildirib. Daha sonra bu ittihamlara üçüncü qadın da qoşulub. Zərərçəkən 18 yaşında olarkən (2010-cu ildə) məşhur aktyorun ona təcavüzə cəhd etdiyini deyib.


Etiketlər:  Adı təcavüzdə hallanan aktyorun oynadığı səhnə serialdan kəsilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ