Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən təhlükəsiz 20 aviaşirkəti məlum olub

Dünyanın ən təhlükəsiz 20 aviaşirkəti məlum olub

Tarix: 7 Yanvar 2022 14:00

Dünya üzrə ümumilikdə 385 aviaşirkət arasında aparılan sıralamaya liderliyi Yeni Zelandiyanın "Air New Zealand" şirkəti edir.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, "airlineratings.com" saytı reytinq cədvəli hazırlayıb.

Bundan əlavə ilk üçlüyün digər yerlərində "Etihad Airways" və "Qatar Airways" qərarlaşıb.

Adıçəkilən siyahıda digər yerləri "Singapore Airlines", "TAP Portugal", "SAS", ""Qantas", "Alaska Airlines", "EVA Air", "Virgin Australia/Atlantic", "Cathay Pacific Airways", "Hawaiian Airlines", "American Airlines", "Lufthansa/Swiss Group", "Finnair", "Air France/KLM Group", "British Airways", "Delta Air Lines", "United Airlines" və "Emirates" tutur.

Reytinq müəyyən edilərkən bir sıra amillər nəzərə alınır. Bura şirkətin son 5 il də qəzaya uğraması, son 2 ildəki ciddi insidentlərin baş verməsi, aviasiyanın idarəetmə və sənaye orqanlarının auditinin keçirilməsi, hökumət tərəfindən aparılan audit yoxlamaları, sənayedə aparıcı təhlükəsizlik təşəbbüsləri, donanma yaşı və COVID-19 təhlükəsizlik protokolları daxildir.


Etiketlər:  Dünyanın təhlükəsiz aviaşirkəti məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ